Sizin Reklam Burada

Fond məhkumların hüquqlarını müdafiə etmək üçün monitorinq keçirib

Fond məhkumların hüquqlarını müdafiə etmək üçün monitorinq keçirib“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində həyata keçirilən "Məhkumların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yardım" layihəsi çərçivəsində növbəti monitorinq 18 sentyabr 2024-cü il tarixində 16 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Layihənin əsas məqsədi məhkumların hüquqlarının qorunması və onların reabilitasiya prosesinin gücləndirilməsi üçün hüquqi dəstəyin təmin edilməsidir.

Avrasiya.net xəbər verir ki, layihə çərçivəsində 42 məhkuma hüquqi məsləhətlər verilmiş, onların insan hüquq və azadlıqları ilə bağlı sualları cavablandırılıb. İki məhkum üçün apellyasiya şikayəti yazılaraq özlərinə təhvil verilmişdir. 27 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, əfv və amnistiya ilə əlaqədar qanunvericiliyin tələbləri və mövcud qaydalar barədə məlumatlandırılıb.

Layihə çərçivəsində həmçinin cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinə dair müntəzəm monitorinqlər aparılmışdır. Monitorinqlərin məqsədi, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun olub-olmamasını yoxlamaq və ortaya çıxan potensial problemlərin həllinə töhfə verməkdir.

Monitorinqlər zamanı məhkumların saxlanma şəraiti, səhiyyə və tibbi xidmətlərə əlçatanlıq, məhkumların ailə üzvləri və hüquqi nümayəndələri ilə əlaqəsi, təhsil və reabilitasiya proqramlarına qoşulma imkanları diqqət mərkəzində olub.

Layihə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və oktyabr ayının sonunadək davam edəcəkdir. Layihə çərçivəsində məhkumlara hüquqi yardımların davam etdirilməsi və onların hüquq və azadlıqlarının qorunması istiqamətində yeni fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər