Fatma Səttarova vəfat edib
Dərc olunub:
14-09-2024, 11:42
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.
Avrasiya.net xəbər verir ki, o, 102 yaşında dünyasını dəyişib.
Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib.Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda 1941-ci ildə 18 yaşında İkinci Dünya Müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb və döyüşlərdə iştirak edib.
İkinci Dünya müharibəsi veteranının 4 övlad, 11 nəvə, 25 nəticəsi var.
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif olunub və Prezident təqaüdçüsü idi.