Sizin Reklam Burada

Dəhşətli qətl: "Qardaşıma 6 bıçaq vurub, biri ürəyinə dəyib" - TƏFƏRRÜATLAR

Dəhşətli qətl: "Qardaşıma 6 bıçaq vurub, biri ürəyinə dəyib" - TƏFƏRRÜATLARBu gün səhər saatlarında Şamaxıda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Məlumata görə, 1995-ci il təvəllüdlü Elbrus Şeydayev Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində yolun kənarında keçmiş qayınatası 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və qayınanası 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya bıçaqla xəsarətlər yetirib. Daha sonra özünə məxsus avtomobillə Əlağa Hüseynovun üzərindən keçərək onu öldürüb.

Əlağa Hüseynovun anası jurnalistlərə açıqlamasında bildirib ki, Elbrus Şeydayev boşanmamışdan əvvəl yoldaşını hər gün döyür, təhdid edirdi.

"Bir gün qız gələrək bunları mənə dedi. Mən oğlana dedim, niyə belə edirsən? Səs yazıları var, dəfələrlə deyir səni də, Əliağanı da, qızı da öldürəcəm. Dedim istəmirsənsə, boşan bitsin. Mən bilsəydim ki, o, dediyini edəcək, polislərə xəbər verərdim. Səhər şəhərə gedəndə də onları öldürüb", - o qeyd edib.

Əlağa Hüseynovun qardaşı isə hadisədən səhər saatlarında xəbər tutduğunu bildirib: "Gəldim gördüm ki, qardaşım qan içində yerdədir". Onun sözlərinə görə, əvvəllər də onların arasında mübahisə yaşanıb.

"Dünən qızın yüklərini yığışdırıb evə gətiriblər. Bu gün səhər tezdən şəhərə getmək üçün yola çıxıblar. Özü də şəhərdə işləyirdi. Qardaşım yolun kənarında maşın gözləyən zaman onu maşınla vurub. Sonra düşüb ona 6 bıçaq zərbəsi endirib. Zərbənin biri ürək nahiyəsindən dəyib. Qardaşımı qan içində yerdə saxlayıb qaçmışdı", - Əlağa Hüseynovun qardaşı qeyd edib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb.

Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər