"Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi ekoloji addımları qaçılmaz etdi"
Dərc olunub:
12-09-2024, 12:15
Dövlət başçısının sərəncamı ilə Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi ekologiya sahəsində atılacaq addımları qaçılmaz etdi.
Avrasiya.net xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva "Tullantılar haqqında" qanunun icra vəziyyətinə dair ictimai müzakirədə deyib.
O, uzun illər ermənilərin törətdiyi ekoterror nəticəsində Qarabağda məhv edilən təbiətin QHT-lərin də dəstəyi ilə bərpa olunacağına ümid etdiyini bildirib: "Bu tədbirin keçirilmə məqsədi də bu kimi problemlərin həlli üçün bir addımdır".
Azərbaycanda keçiriləcək COP29-a da toxunan icraçı direktor vurğulayıb ki, belə nəhəng tədbirin Bakıda keçirilməsi ölkə üçün ciddi nailiyyətdir.