Bakıda kişi özünü körpüdən atmağa cəhd etdi
Dərc olunub:
12-09-2024, 08:45
Bu gün axşam saatlarında intihara cəhd hadisəsi baş verib.
Avrasiya.net xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində olub. Bir vətəndaş körpüyə çıxaraq intihar etmək istəyib.
Hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əməliyyat zamanı müəyyən edilib ki, 1981-ci il təvəllüdlü Ramin Mirağa oğlu Əliyev körpünün məhəccərinə çıxaraq intihara cəhd edir.
Xilasedicilər onunla ünsiyyət quraraq davamlı psixoloji söhbət aparıblar və təhlükəsizlik tədbirləri həyata keçirilib. Xilasedicilərin psixoloji dəstəyi nəticəsində R.Əliyev intihar niyyətindən daşınıb və o, təhlükəsiz şəkildə xilas edilərək müvafiq qurumlara təhvil verilib.