İntihar edən 11-ci sinif şagirdi məktub yazıbmış
Dərc olunub:
11-09-2024, 14:59
Qazax rayonu Qaymaqlı kənd sakini, 16 yaşlı Şəhrəddin Şirin oğlu Əliyev intihar edib. 11-ci sinif şagirdinin meyitini yaxınları aşkar edib.
Hadisə ilə bağlı Qazax rayonu Qaymaqlı kənd nümayəndəliyindən Teleqraf.com-a bildirilib ki, ailədə hansısa problem olmayıb:
“Hüquq-mühafizə orqanları gəlib maraqlandılar. Ortada intihara səbəb bir problem yoxdur, gözlənilməz hadisədir. Niyə belə addım atdığının səbəbi məlum deyil. Sadəcə intihar etməzdən əvvəl “Həyat mənim üçün maraqlı deyil” qeydini yazıb. Sonra evdə özünü asıb".