Toyda musiqi sifarişi üstündə döyüldü: vəziyyəti ağırdır
Dərc olunub:
11-09-2024, 11:36
Ağstafa sakini Göygöldə toyda döyülüb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini,1987-ci il təvəllüdlü E.Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilib.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin musiqi sifarişi üstündə baş verməsi məlum olub.
Faktla bağlı araşdırma aparılır.