Sizin Reklam Burada

Müdafiə Nazirliyinin sabiq rəisinə 11 il həbs verildi

Müdafiə Nazirliyinin sabiq rəisinə 11 il həbs verildiMüdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyev barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Avrasiya.net APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sadıq Hacıyev 11 il müddətində azadlıqdan mərhum edilib.


Qeyd edək ki, Sadiq Hacıyevin 1.5 milyon manat mənimsəmədə ittiham olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Sadiq Hacıyev Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər