Sumqayıtda tələbə 7-ci mərtəbədən yıxılıb öldü
Dərc olunub:
9-09-2024, 17:33
Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
F.İsmayılov universitet tələbəsi olub.
Fakt araşdırılır.