Ümummilli Liderin sözləri öz təsdiqini əməli işdə tapdı…
Avrasiya.net millət vəkili Məzahir Əfəndiyevin yazını təqdim edir:
Qədim diyardan başlayan parlamentarizm ənənələri Azərbaycan Respublikasının müstəqilliyinin bərpasI və qorunması məhz Naxçıvan şəhərindən, xalqına bağlı olan, azərbaycançılığı hər şeydən üstün tutan, Naxçıvan Muxtar Respublikasını blokada şəraitindən çıxaran Liderin qəti və yorulmaz fəaliyyətindən başlayıb. Heç kəsə sirr deyil ki, 1990-cı ilin əvvəlində Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyatlə vətəndaş cəmiyyati arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu.
Bu münasibtl ərin xüsusiyyətləri bilavasitə ölkədaxili sabitliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, sağlam siyasi dialoqun dərk edilməsi ilə bağlı idi, çünki bunlara hömət edilmdən demokratik siyasi sistem mövcud ola bilməzdi.
Təəssüf ki, o zamankı hakimiyyətin fəaliyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.
Yeni və bir o qədər də ağır ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması missiyasını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev heç nədən qorxmayaraq öz üzərinə götürdü.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasinin xalq deputatı olaraq Heydər Əliyev Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyasına sədrlik etdi və həmin sessiyada Azərbaycanin müstəqilliyi, suverenliyinə hesablanmış tarixi qərarlar qəbul edildi.
Məhz həmin tarixdə Ulu Öndər mənəviyyatımızı, milliliyimizi əks etdirən, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilən sessiyası zamanı zala gətizdirərək, rəsmi Dövlət bayrağı kimi təsdiq olunmasına nail oldu. 1991-ci il fevral ayının 5- də isə Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında qaldırılmış vəsatatə əsasən üçrəngli bayrağımız yenidən Dövlət bayrağı elan edildi.
Təsadüfi deyil ki, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Heydər Əliyev Ali Məclisin sədri seçildi.
“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim.. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” deyən Ümummilli Liderin sözləri öz təsdiqini əməli işdə tapdı. Müharibənin davam etdiyi, sosial – iqtisadi vəziyyətin kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev hayata keçirdiyi islahatlar, gördüyü işlər sayəsində ilk növbədə Naxçıvanda sabitliyin, tərəqqinin və həmrayliyin təmin olunmasina nail oldu. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafi və sabitliyinin davamlılığını təmin etmək üçün
regional, beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı.
Qonşu Türkiyə və İranla qarşılıqlı əməkdaşlıq, tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması görülən işlər fonunda xüsusi əhəmiyyət kəsb etdi. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev Ali Məclisin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq qanunun aliliyinə üstünlük verdi.
Məhz o dövrlərdə parlamentarizm ənənələri Respublika səviyyəsində yeni nəfəs, yeni qüvə almağa başladı. Qısa müddətdə sağlam siyasi mühit və mədəniyyət formalaşdırıldı.
Əsası Ümummilli Lider tərəfindən qoyulan ənənə 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, bu gün Azərbaycan Parlamenti ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verir.
Əminliklə deyə bilərik ki, qədim diyar Naxçıvandan başlayaraq aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyinin qorunması durur. Bu gün müstəqil dövlətimiz yaşadıqca Ümummilli Lider Heydər Əliyevin işıqlı ideyaların, Prezident ilham Əliyevin gələcəyə olan baxışını əks etdirən Azərbaycan Parlamenti və azərbaycançılıq ideologiyası ölkəmizin davamlı inkişafına bundan sonra da öz töhfələrini
verəcəklər.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı