Sizin Reklam Burada

“Qərbi Azərbaycanla bağlı Milli Məclisdə xüsusi komissiya yaradılmalıdır”

“Qərbi Azərbaycanla bağlı Milli Məclisdə xüsusi komissiya yaradılmalıdır”“Ermənilər bu günlərdə yenidən ötən ilin sentyabrında tarixin zibilliyinə atılmış qondarma rejimi yada salıblar. Qərbdə bəzi çevrələr hələ də “ermənilərin qayıdışına” ümid edirlər. Bundan öncə Samvel Şahramanyan qondarma rejimin hələ də fəaliyyət göstərdiyini bildirmişdi. Ən yaxşı müdafiə hücumdur.

Tarixi torpaqlarımızın qaytarılması uğrunda mübarizə genişlənməlidir. Qərbi Azərbaycana qayıdış məsələsini bütün platformalarda gündəmə gətirməliyik”.

Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, yeni seçilmiş parlament Qərbi Azərbaycan məsələsinə xüsusi yanaşma sərgiləməlidir: “Yaxşı olar ki, Milli Məclisdə Qərbi Azərbaycanla bağlı xüsusi komissiya yardılsın. Sülh müqaviləsi imzalanmsa belə tarixi torpaqlarımıza qayıdış məsələsini arxa plana atmamalıyıq”.

Elman Cəfərli bildirib ki, ermənilərin hər il sentyabrda fəallaşması təsadüfi deyil: “Xain qonşularımız son 30 ildə ən ağır zərbəni sentyabr ayında alıblar. Ermənistanın diz çökməsi ilə, torpaqlarımızın işğaldan azad edilməsi ilə sonuclanmış 44 günlük Vətən müharibəsi məhz bu ayda başlanmışdı. 30 il bölgəni inkişafdan saxlamış Qarabağ müqaqişəsi məhz sentyabr ayında tarixin arxvinə verildi. Ötən ilin 19 sentyabrında 23 saatlıq lokal anti-terror əməliyyatı zamanı erməni ordusunun qalıqları, qondarma rejimin terrorçu dəstələri Qarabağdan çıxarıldı.

Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəran Azərbaycanın nəzarətinə keçdi. Özünü buraxmış qondarma rejimin keçmiş rəhbəri Samvel Şahramanyanın sərsəm açıqlamaları göstərir ki, bəzi çevrələr bədbəxt erməni xalqını yeni bəlalara sürükləmək istəyirlər. Bir şeyi unudurlar ki, hər hansı revanşı cəhdinə Azərbaycanın cavabı daha sərt olacaq. Unutmasınlar ki, “Dəmir yumruq” yerindədir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər