Naxçıvanda 18 yaşlı oğlan intihar etdi
Dərc olunub:
3-09-2024, 10:34
Naxçıvanda 18 yaşlı gənc intihar edib.
Hadisə Babək rayonunun Sirab kəndində baş verib. Kənd sakini, 2006-cı il təvəllüdlü Abbasov Kazım Qılman oğlu intihar edib.
Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.