Sizin Reklam Burada

Şəhidimizin anası deputat seçildi

Şəhidimizin anası deputat seçildiŞəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova Naxçıvan Ali Məclisinə deputat seçilib.

O, 34 saylı Şahbuz şəhər seçki dairəsindən namizəd idi.

O, 75.28 faiz səslə mandat qazanıb.

Emin Sadiqov 21 iyul 1998-ci ildə Şahbuz rayonunun Şahbuz kəndində anadan olub. O, 8-ci sinfi bitirdikdən sonra Emin Sadiqov 2012-ci ildə Heydər Əliyev adına Hərbi liseyinə qəbul olub və 3 il burada təhsil alıb. 2015-ci ildə Naxçıvan Bakıya, hərbi sənətinin dərinliklərinə yiyələnmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə AAHM-dən məzun olan Emin Qazax rayonuna təyinat alıb.

Leytenant Sadiqov müharibəyə Füzuli istiqamətində qoşulub. 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 30 oktyabr 2020-ci ildə doğulduğu Şahbuz kənd məzarlığında dəfn olunub.

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər