Sizin Reklam Burada

Duz xərçəngin dərmanı ola bilər - Professor

Duz xərçəngin dərmanı ola bilər - ProfessorOnkoloji xəstəliklərlə mübarizədə masamızda olan duzun möcüzəvi təsiri araşdırılıb.

Avrasiya.net Medicina.az-a istinadən xəbər verir ki, Fridrix Şiller adına universitetin professoru Kristina Zelinski son elmi işində adi duzla maraqlı nəticələr alıb.

O, duzun immun sistemini möhkəmləndirdiyini görüb.

Onkoloji xəstəliklərlə mübarizədə əsas T – killer hüceyrələr rol oynayır. Bəzi ağ qan hüceyrələri şiş hüceyrələrini tanıyıb onları məhv edə bilir.

Yeni terapiyada pasiyentin öz immun hüceyrələri qan plazmasından alınır, laboratoriyada çoxaldılır və yenidən xəstəyə köçürülür. Alimlər T hüceyrələrin effektivliyinin natriy ionları ilə artdığını müşahidə ediblər.

Şişlərin özündə də yüksək natriy konsentrasiyası var. Məsələn, süd vəzi şişlərində natriy konsentrasiyası çoxdur, ona görə də bu pasiyentlər daha uzun müddət yaşayır.

Digər elmi işlər sübut edib ki, natriy digər T hüceyrələri də aktivləşdirir ki, autoimmun xəstəliklərin qarşısını alsın.

Eksperimentdə siçanlara duzla işlənmiş T hüceyrələr köçürülüb. Nəticədə onlarda metobolik proseslər yüksəlib. Belə ki, şəkərin udulması nəticəsində hüceyrədə daxili enerji artıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər