Göygöldə 4 nəfər "Niastol"dan zəhərlənib
Dərc olunub:
30-08-2024, 14:04
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Kənd sakinlərindən 3-ü azyaşlı, biri isə orta yaşlı olmaqla 4 nəfər "Niastol" adlı dərmandan zəhərləniblər.
Zəhərlənənlərdən olan azyaşlı qız ölüb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.