Qayınanası baltalayıb qaçan gəlinin meytini tapan şəxs danışdı
Daşkəsəndə qayınanası baltalayıb qaçan gəlinin meytini tapan Xoşbulaq kənd sakini danışıb.
Meyiti necə tapmasını "Unikal"a danışan kənd sakini Qüdrət Göyüyev deyir ki, cəsədi məhlənin otunu təmizlədərkən aşkarlayıb:
”Birdən gördüm ki, nəsə var, elə bildim zibildir. Mən də yaxınlaşdım həmin otluq əraziyə. Baxanda gördüm ki, qadın meyitidir.Sol əli ürəyi üstə uzanıqlı idi.Yəqin ki, yatan zaman ölüb. Əraziyə polis gəldi. Məlum oldu ki, meyiti tapılan Tahirə Qurbanovanı baltalayan Səidə Həsənovadır".
Kənd sakini onu da qeyd edib ki,ərazi sıx otluq olduğundan orada meyit olması bilinməyib
Xatırladaq ki, hadisə iyulun 27-də Daşkəsənin Xoşbulaq kəndində qeydə alınıb. Xoşbulaq kəndində gəlin olan Cəlilabad rayon sakini Səidə Həsənova qayınanası Tahirə Qurbanovaya mübahisə zamanı balta ilə ağır xəsarətlər yetirib. Qadın hadisədən təxminən 10 gün sonra Bakıda yerləşən xəstəxanaların birində ölüb.
Faktla bağlı Daşkəsən rayonun prokrorluğunda araşdırma aparılır