Oğuzda 53 yaşlı kişi çayda boğuldu
Dərc olunub:
29-08-2024, 21:09
Oğuz rayonunda çaydan kişi meyiti tapılıb.
Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə Əlicançay çayında qeydə alınıb.
Belə ki, Oğuz rayon sakini, 1971-ci il təvəllüdlü Teymur Əmrah oğlu Budaqov istirahət etmək məqsədilə çay sahilə gedib. O, çay kənarında yemək yeyib spirtli içki qəbul etdikdən sonra sərinləmək üçün çayda çimmək qərarına gəlib. 53 yaşlı Budaqov spirtli içkinin təsiri altında çayda çimərkən boğularaq ölüb. Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.