Sertifikasiyadan kəsilən 700 müəllim işlə təmin olunub
Dərc olunub:
28-08-2024, 12:36
Sertifikatlarla prosesi başa çatdıqdan sonra 700 nəfər sertifikasiyadan kəsilən müəllim alternativ işlə təmin edilib.
Avrasiya.net xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, onlar sosial həssas kateqoriyadan olan müəllimlərdir.