“Azərbaycanda su ehtiyatları 15 faiz azalıb" - Nazir müavini
Dərc olunub:
28-08-2024, 11:39
Qlobal iqlim dəyişiklikləri nəticəsində Azərbaycanda su ehtiyatları son illərdə təqribən 15 %-dən çox azalıb.
Avrasiya.net verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, təəssüf ki, növbəti illərdə də proqnozlar daha kəskindir və azalma davam edəcək: “Bu dəyişikliklər həm kənd təsərrüfatı bitkilərinə, heyvandarlığa mühüm təsir göstərir. Bu baxımdan bitkiçilik və heyvandarlıq sahələrində iqlim dəyişikliklərinə uyğunlaşdırmaq məqsədi ilə konkret fəaliyyətlər həyata keçirilməlidir”.