Əvvəlcə başqasını, sonra özünü güllələyib
Dərc olunub:
27-08-2024, 11:07
Avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Avrasiya.net-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.
Araşdırma aparılır.
Son xəbərlər
