Azər Allahverənov Pirşağı qəsəbəsində yaşayan seçicilərlə növbəti dəfə görüşüb

Azər Allahverənov Pirşağı qəsəbəsində yaşayan seçicilərlə növbəti dəfə görüşüb1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Allahverənovun Pirşağı qəsəbəsində yaşayan seçicilərlə növbəti görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Görüşü giriş sözü ilə açan İlham Mustafayev tədbirin məqsədi barədə danışıb və seçicilərlə görüşə gələn Azər Allahverənovu tədbir iştirakçılarına təqdim edib.

İlk əvvəl özü barədə danışan Azər Allahverənov keçdiyi həyat yoluna nəzər salıb və müxtəlif dövrlərdə çalışdığı sahələrdə qazandığı təcrübə haqqında danışıb. Bildirilib ki, Pirşağı qəsəbəsində yaşayan seçicilər tərəfindən qarşıdan gələn parlament seçkilərində ona etimad göstərildiyi təqdirdə həmin təcrübə seçki dairəsinin ərazisində yaşayan əhalinin rifahının daha yaxşılaşdırılmasına yönəldiləcəkdir. Bu səbəbdən iştirakçılara müraciət olundu ki, parlament seçkilərində fəal olsunlar və öz səslərini layiq hesab etdikləri namizədə versinlər.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər