Fazil Mustafa seçicilərlə növbəti görüşünü keçirib
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 26 saylı Sabunçu Birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın seçicilərlə növbəti görüşü
Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi 32 ünvanda baş tutub.
Azərbaycanda həyata keçirilən genişmiqayslı inkişaf layihələri barədə danışan F.Mustafa seçicilərinin diqqətini müxtəlif sahələrdə həyata keçirilən dövlət proqramlarına yönəldib və bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin əsas hədəflərinin ilk əvvəl ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı olduğunu qeyd edib.
Seçicilərin sosial problemlərinin qabardılması və həlli yollarında səylərini əsirgəməyəcəyini vurğulayan F.Mustafa yenidən millət vəkili seçiləcəyi halda seçicilərinin etimadını doğruldacağına söz verib.
Sonda F.Mustafa görüş iştirakçılarının suallarını cavablandırıb və seçiləcəyi təqdirdə görüşdə qaldırılan məsələlərin gələcəkdə həlli məqsədilə aidiyyəti dövlət qurumları qarşı vəsadətlə çıxış edəcəyini bildirib.