Sizin Reklam Burada

İcra başçıları PA-ya çağırıldı - Ciddi tapşırıq

İcra başçıları PA-ya çağırıldı - Ciddi tapşırıqMəlum olduğu kimi, 1 sentyabrda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Avrasiya.net Unikal-a istinadla xəbər verir ki, budəfəki seçkilərdə icra hakimiyyətlərinin hər hansı bir formada iştirakı, yaxud müdaxiləsi tamamilə məhdudlaşdırılacaq.

Belə ki, icra hakimiyyətlərinin başçıları Prezident Administrasiyasına çağırılaraq seçkiöncəsi vəziyyət müzakirə olunub. Onlara tapşırılıb ki, seçki prosesinə hər hansı bir formada müdaxilə yolverilməzdir. Yəni, icra hakimiyyətlərinə hətta hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin belə xeyrinə iş aparmamaqla bağlı konkret tapşırıq verilib ki, seçki günü saxta bülletenləri qutulara salınmasın, karusel prosesinin edilməsin.

Hakim komandadan Milli Məclis üzvlüyünə namizədlərin seçkidə önə çıxması üçün isə bütün proses YAP-ın yerli təşkilatları tərəfindən icra olunacaq. Yəni, bu seçkidə aktivliyi yaratmaq və hakim partiyanın namizədinin seçilməsinə nail olmaq üçün YAP üzvləri ciddi şəkildə işləməli olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər