Elçin Mirzəbəyli Gəgəli kəndində və Ağsu şəhərində seçicilərlə görüşüb

Elçin Mirzəbəyli Gəgəli kəndində və Ağsu şəhərində seçicilərlə görüşübBu gün 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd, Ədalət, Hüquq, Demokratiya Partiyası (ƏHD) sədrinin müavini Elçin Mirzəbəyli Ağsu rayonunun Gəgəli kəndində və Ağsu şəhər Mədəniyyət və istirahət parkında seçicilərlə görüşüb.

Gəgəli kəndində keçirilən görüşdə seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Elçin Mirzəbəyli bildirib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var. Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd qeyd edib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun şəkildə həyata qurmalıdırlar.

Elçin Mirzəbəyli vaxtilə Qafqaz İslam Ordusunda, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda Gəgəli obasının 6 sakininin də xidmət etdiyini xatırladıb, ötən əsrin əvvəllərində erməni quldur dəstələrinin, terrorçuların yuxusuna haram qatan Gəgəlili Səfərin həmkəndlilərinin birinci və ikinci Qarabağ müharibəsində də böyük fədakarlıq nümayiş etdirdiyini dilə gətirib.

Sonra Elçin Mirzəbəyli, ona etimad göstəriləcəyi təqdirdə iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və sosial sahələrdə irəli sürəcəyi təşəbbüslər haqqında Gəgəli kəndinin sakinlərinə ətraflı məlumat verib.

Daha sonra deputatlığa namizəd Gəgəli kəndindən olan seçicilərin çoxsaylı suallarını cavablandırıb, onları narahat edən məsələlərin həlli yollarından söz açıb.

Deputatlığa namizədin növbəti görüşü Ağsu şəhər Mədəniyyət və istirahət parkında keçirilib. Elçin Mirzəbəyli burada da öz seçki platformasından danışıb, seçicilərin suallarını cavablandırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər