Kuleba Fazil Mustafa ilə görüşüb
Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının Qərargahının rəhbəri Kuleba Oleq Viktoroviç 1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 26 saylı Sabunçu Birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə görüşüb.
Avrasiya.net xəbər verir ki, görüş Böyük Quruluş Partiyasının qərargahında baş tutub. MDB müşahidə missiyası haqqında F.Mustafaya məlumat verən qonaq qarşıdan gələn növbədənkənar parlament seçkilərində onların 130 müşahidəçi ilə təmsil olunacağını diqqətə çatdırıb.
O, Böyük Quruluş Partiyasının seçkilərə hazırlığı ilə də maraqlanıb. Partiya sədri F.Mustafa partiyanın seçkilərə hazırlığı, təbliğat-təşviqat işi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Daha sonra görüş müzakirə şəklində davam edib.