Fazil Mustafa ilə Gənclər evində növbəti görüş
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 91A ünvanında yerləşən Sabunçu Gənclər Evində seçicilər ilə görüşü keçirilib.
Çıxış edən deputatlığa namizəd Fazil Mustafa qeyd edib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilən Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var. Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd bildirib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun şəkildə həyata qurmalıdırlar.
F.Mustafa seçki platformasının əsas istiqamətləri ilə bağlı seçicilərə məlumat verib.
Seçicilər hər bir görüşdə olduğu kimi bu dəfə də namizədə çoxsaylı suallar ünvanlayıblar.
F.Mustafa ona verilən bütün sualları ətraflı şəkildə cavablandırıb.



Son xəbərlər
