Fazil Mustafa Bakıxanov qəsəbəsində seçicilərlə görüşüb
Böyük Quruluş Partiyasının sədri, 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd Fazil Mustafa təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Bakıxanov qəsəbəsi, Murad Nağıyev küçəsi 28 ünvanda keçirib.
F.Mustafa ənənəvi olaraq əvvəlcə seçiciləri seçki platforması ilə tanış edib.
Daha sonra çıxış edən Fazil Mustafa tədbir iştirakçılarına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
O, ölkədə həyata keçirilən quruculuq siyasəti barədə danışıb. Seçicilərə maraqlı olan bir sıra problemlərə toxunan namizəd yenidən millət vəkili seçiləcəyi halda yenə də ona göstərilən etimadı doğruldacağını deyib.
Qeyd edib ki, insanlar seçkiyə getməli, səs verməlidirlər, səslərinə sahib çıxmalıdırlar: "Hamımız vətənə, dövlətə, xalqa xidmət etməliyik. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, qazilərə, müharibə iştirakçısı və veteranlara diqqət göstərməliyik. Bu, bizim borcumuzdur".
Daha sonra deputatlığa namizəd seçicilərin suallarını cavablandırıb.
Seçicilər F. Mustafaya müxtəlif sahələrdəki problemlər və onların həlli yolları ilə bağlı suallar veriblər. Namizədə ünvanlanan suallar daha çox qadınların iş saatının azaldılması, uşaq pulunun verilməsi və s. barədə olub.
F. Mustafa hər bir suala geniş və əhatəli cavab verib.



Son xəbərlər
