3 hərbçiyə "general-mayor" rütbəsi verildi
Dərc olunub:
17-08-2024, 14:12
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" Sərəncam imzalayıb.
Avrasiya.net xəbər verir ki, Sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Bəhmən Rza oğlu Babayevə
polkovnik Əyyub Vəli oğlu Məmmədova
polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.