Sizin Reklam Burada

Susana Məmmədova seçiciləri ilə daha bir görüş keçirdi

Susana Məmmədova seçiciləri ilə daha bir görüş keçirdiDeputatlığa namizəd Susana Məmmədova seçiciləri ilə daha bir görüş keçirdi

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Susana Məmmədova təbliğat-təşviqat kampaniyası çərçivəsində Neftçala rayonu Bankə qəsəbəsində seçiciləri ilə daha bir görüş keçirib. Əvvəlcə görüş iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.

Avrasiya.net xəbər verir ki, Susana Məmmədova seçicilərinə deputat seçiləcəyi təqdirdə görəcəyi işlər, Neftçalanın inkişafı istiqamətində müvafiq dövlət qurumları ilə birlikdə atacağı addımlar barədə məlumat verib. Cəmiyyəti, xüsusilə gənclərimizi narahat edən işsizlik, asudə vaxtın səmərəli təşkili istiqamətində də bu sahələrin məsul qurumları ilə səmərəli əməkdaşlıq nəticəsində tədbirlər həyata keçirəcəyini diqqətə çatdıran Susana Məmmədova deputatlığa namizədliyini irəli sürməsinin təməlində də məhz sadaladığı problemlərin dayandığını diqqətə çatdırıb:

"Düzü Neftçalanın hazırkı vəziyyəti məni çox məyus edir. Bir vaxtlar şəhər olan, adı dillər əzbərinə çevrilən Neftçalada bu gün vəziyyət heç də ürəkaçan deyil. Düzdür, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, quruculuq-abadlıq işləri Neftçaladan da yan keçməyib. Ancaq bütün bunlara baxmayaraq hələ doğma rayonumuzda çoxsaylı problemlər qalmaqdadır. Deputatlığa namizədliyimi irəli sürməkdə də məqsədim məhz həmin problemlərin həllinə dəstək olmaq, müvafiq dövlət qurumları ilə birgə Neftçalamızı dirçəltmək, inkişaf etdirməkdir. Əminəm ki, sentyabrın 1-də keçiriləcək səsvermədə mənə dəstək verib, etimad göstərib Neftçalamızın inkişafına, xoşbəxt gələcəyinə səs verəcəksiniz".

Deputatlığa namizəd onu da diqqətə çatdırıb ki, bir neftçalalı olaraq rayonun problemlərindən kifayət qədər məlumatlıdır, müntəzəm olaraq rayonda keçirdiyi xeyriyyə tədbirləri zamanı həmin problemlərin şahidi olub, onları ümumiləşdirərək platformasında qeyd edib:

"Məlumat üçün qeyd edim ki, 5 ildir şəxsi vəsaitim, eləcə də dostlarımın, yaxın çevrəmin dəstəyi ilə rayonda xeyriyyə tədbirləri keçirir, aztəminatlı ailələrə dəstək oluram. Deməyim odur ki, mən deputatlığa namizədliyimi irəli sürmədən əvvəl də insanlarımızla sıx ünsiyyətdə olub onların problıemlərinin həllinə çalışmışam. Deputat seçiləcəyim təqdirdə isə təbii ki, görəcəyim işlərin əhatə dairəsi daha da genişlənəcək. Bir sözlə hər bir neftçalalının səsi olacam. Buna əmin ola bilərsiniz".

Sonda Susana Məmmədova hər kəsi sentyabrın 1-də keçiriləcək seçkilərdə fəal olmağa çağırıb və seçicilərindən dəstək istəyib.

70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Susana Məmmədovanın təblğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər