Sizin Reklam Burada

Həbs olunan baş redaktorla bağlı yeni xəbər

Həbs olunan baş redaktorla bağlı yeni xəbər“Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hər iki şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

İş üzrə 10 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Məhkəmənin hazırlıq iclası avqustun 15-ə təyin edilib.

Qeyd edək ki, baş redaktor və müavini bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Onlar dələduzluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilirlər.

Xatırladaq ki, Surxay Əliyev, müavini Hikmət Nəcəfli vən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hələ bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Habil Vəliyev də hazırda eyni ittihamlarla həbs edilib. Onun da cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər