"Oleq Bakinski” Bakıda həbs olundu
Dərc olunub:
2-08-2024, 04:13
Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri olan və kriminal dairələrdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Avrasiya.net xəbər verir ki, DİN-in Mətbuat Xidmətidən məlumatı təsdiqləyiblər.
Qeyd olunub ki, “Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcəkdir”.
Qeyd edək ki, “Oleq Bakinski”nin həbs olunması barədə ilk məlumatı Azinforum.az saytı yayıb.