Sizin Reklam Burada

Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var, Şəhidlərimiz də qəlblərimizdə yaşayir və yaşayacaqlar!

Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var, Şəhidlərimiz də qəlblərimizdə yaşayir və yaşayacaqlar!1990-1993-cü illərdə Qarabağ müharibəsində, 2020-ci il 44 gün davam etmiş Vətən müharibəsində və 19-20 sentyabr 2023-cü ildə keçirilmiş lokal antiterror əməliyatında iştirak edərək Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhadətə ucalmış şəhid ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğulunu şəhid vermiş ailələrimiz vardır. Bu gün bu aillər dövlətimizə və qədir bilən xalqımza əmanəti qalmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəfər Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin qətiyyətli mövqeyi, uzaqgörən siyasəti sayəsində, Azərbaycanın Müzəffər Ordusunun qüdrəti, şəhidlərimizin və yaralı hərbi quluqşularımızın qanları bahasına Xalqımıza şanlı zəfəri, möhtəşəm qələbəni bəxş etmiş şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemləri yalnız onların problemləri deyil, həmçinin bütün cəmiyyətin problemi olaraq, onlara diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələ¬rin¬dən biridir.

Bizdə vətəndaş olaraq hər birimiz, şəhidlərə, qazilərimizə olan borcumuzu vicdanla yerinə yetirrərək Vətən müharibəsində şəhid olanların aillərinə və eyni zamanda sağlamlıqlarını itirmiş müharibə əlillərinin, veteranlarının yaranmış tibbi-sosial və digər sahədə olan problemlərinin həllinə biganə qalmamalıyıq.

Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların qayğısı deyil, bütün cəmiyyətin əsas sayılmalıdır..!

Məhs buna görədə şəhid ailələrinə, müharibə əlillərinə, ve¬teran¬larına dövlətin diqqət və qayğısını ar¬tır¬¬maq məqsədi ilə, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsini həyata keçirtdik.

Həyata keçirilən layihənin fəaliyyət planına əsasən, hökümət, şəhid ailələrinin, müharibə, ve¬teran¬larının və ölkə ictimaiyyət nümayəndələrinin birgə iştirakları ilə El qonaqları kimi, Bakı və Şirvan şəhərlərində 1990 -1993-ci illərdə Qarabağ müharibəsində, 2020-ci il 44 gün davam etmiş Vətən müharibəsində və 19-20 sentyabr 2023-cü ildə keçirilmiş lokal antiterror əməliyatında iştirak edərək, Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuşların ailələrinin və müharibə əlillərinin evlərinə qonaq gedərək, onların tibbi-sosial ehtiyaclarını öyrənib, hər hansı bir problemləri olarsa, həll olunması üçün aidiyyəti olan hökumət qurumlarına müraciət edib onların yaranmış provlemlərinin həllinə hüquqi və pisixoloji dəstək verilmişdir.

Hökümət, şəhid ailələrinin, müharibə, ve¬teran¬larının və ölkə ictimaiyyət nümayəndələrinin birgə iştirakları ilə nümunə göstərərək şəhidlərimizin mövlud və anım günlərində məclislər təşkil edib, şəhid aillərinə mənəvi dəstək verərək onlara həmrəylik nümayiş etmişik.

Layihə çərçivəsində həmçinin, Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlillərinin və veteranları arasında pisixoloji gərginliyi artmışların pixoloji-reabilitasiya olunmaları üçün aidiyyəti xəstəxanalrada müalicələrini təşkil edərək köməklik göstərmişik.

“Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsi çərçivəsində şəhidlərin mövlud və anım günləri münasibəti ilə keçirtdiyimiz məclislərdə şəhid Mayıl Qurbanovun anası Aqidə Qurbanova, şəhid Rəhim Hüseyinovun atası Qudrət Huseynov, şəhid Cavidan İbrahimlinin anası Gülnaz İbrahimova, şəhid Elvin Bayramovun anası Dürrə Bayramova, şəhid Əli Tağıyevin anası Zöhrə Tağıyevaya və şəhid Fəxrəddin Əhmədovun anası Pəri Əhmədova nümunəvi şəhid valideyinləri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiyyəsi uğrunda döyüşərək canını qurban verib Şəhidlik zirvəsinə ucalmış qəhrəman övlad yetişdirdiyinə görə rəmzi Azərbaycan bayrağı hədiyyə edilərək, “XEYİRXAQ VƏ MƏRHƏMƏTƏ GÖRƏ”- medalı ilə və “FƏXRİ FƏRMAN”- la təltif edildılər.

Bakıda və Azərbaycanın şəhər rayonlarında şəhid ailləri, müharibə əlilləri, vetranları və adı çəkilən rayonların ictimayyət nümayəndələri arasında keçirilmiş sosiloji-sorğular nəticəsində, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, rayonlardan isə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov xeyirxaq əməlli xidmətləri və şəhidlərə yüksək dəyər verərək öz rəhbərlik etdikləri şəhər və rayonlarda ucaldılmış möhtəşəm Şəhidlər Konplekstinin tikintisində aparılmış abadlıq işlərini nəzərə alaraq və Azərbaycanda Dovlətə və Xalqa öz nümunəvi xidmətləri ilə Azərbaycan dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycan vətəndaş cəmiyyətinin inşişafında, gənclərin hərbi vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərini və Şəhid aillərinə, müharibə əlillərinə, vetranlara göstərdiyi diqqət-qayğıya görə, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kolektivi adından “XEYİRXAQ VƏ MƏRHƏMƏTƏ GÖRƏ”- medalı ilə və “FƏXRİ FƏRMAN”- la təltif edərək, şəhid aillərinə, müharibə əlillərinin, vetranların yaxın dostu adına layiq görüldülər.

Bakıda və Şirvan şəhərində keçirən tədbirlərimizdə, şəhid ailləri şıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə başda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasova, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalova, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə, “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisələrinin direktoru Əfqan Həsənova, Şəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Ramil Əhmədova , Azərbaycan Respublikasının QHT-ına Dövlət Dəstəyi Agentliyinin kolektivinə və “ARBƏD”- Fondunun qayğıkeş kolektivinə öz təşəkkürlərini bildirdilər.

Azərbaycanın Respublikasının suverenliyi və ərazibütövlü uğrunda şəhid olmuşların, müharibədən sonra aldığı yaradan vəfat etmiş müharibə veteranlarının xatirələri daimi qəlbimizdədirlər!

Canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümünəsi kimi göstərilməlidirlər.

Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var Şəhidlərimizdə qəlblərimizdə yaşayir və yaşayacaqlar.!
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçmiş cəmi şəhidlərimizi Allah rəhmət eləsin.

Sərraf Orucov

Əfqanıstan və Qarabağ müharibəsinin veteranı,
Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər
Fondunun prezidenti

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər