Naib Niftəliyevin deputatlığa namizədliyi qeydə alınıb
İyulun 29-da 59 saylı Quba seçki dairəsində daha bir iddialı şəxsin – sosioloq, siyasi tədqiqatçı, sosial psixoloq Naib Əmrulla oğlu Niftəliyevin deputatlığa namizədliyi rəsmiləşib.
Bu barədə müvafiq DSK-nın katibliyindən məlumat verilib.
Naib Niftəliyev 2020-ci ilin 9 fevral seçkilərində də eyni dairədən Milli Məclis üzvlüyünə namizəd olub.
O, növbədənkənar 1 sentyabr 2024-cü il parlament seçkiləri elan olunan kimi namizədlik üçün müvafiq Dairə Seçki Komissiyasına dərhal, ilk müraciət edən şəxsdir.
Sosial idarəetmə, siyasi araşdırmalar üzrə peşəkar mütəxəssis olan Naib Niftəliyevin müstəqil, populyar namizəd kimi seçkidə qalib gəlmək şansı kifayət qədər yüksək qiymətləndirilir.
Digər müstəqil namizəd, millət vəkili Vahid Əhmədovun namizədliyini geri götürməsi bu şansı bir qədər də artırıb.