QHT əmək hüquqlarının qorunması ilə bağlı tədbir keçirib
Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini Mənzil Kommunal Təsərrüfatı Sahəsi əməkdaşları ilə keçirib.
Tədbirdə vətəndaşların əmək hüquqlarının qorunması sahəsində dövlətin qəbul etdiyi qanunvericilik aktlarından bəhs edilib.
Bildirilib ki, əməyin mühafizəsi dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən vətəndaşa verilən hüquqlardan biri də Əmək hüququdur.
Azərbaycanda əmək hüququ pozuntusu ilə bağlı çoxsaylı problemlər olsa da, Əmək Müfəttişliyi, həmkarlar ittifaqları, dövlət qurumları və qeyri-hökumət təşkilatları birgə fəaliyyət göstərməli və resurslarını birləşdirərək əmək hüququ pozuntularının sayını azaltmağa və işçilərin istismarına son qoymağa çalışmalıdırlar.
O da vurğulanıb ki, işçilərin çoxu əmək hüquqlarını bilmədiklərindən iş yerlərində hüquqları pozulur.
Tədbir iştirakçılarına mövzu ilə bağlı müvafiq tövsiyələr verilib.