175 min manatı mənimsəyən direktor və mühasibin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Eldar oğlu Hüseynov və baş mühasibi Aynaxanım Hüseyn qızı Babayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası kecirilib.
Əldə etdilən məlumata görə, Cinayət Məcəllsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib. Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.
İlk olaraq təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Mətləb Hüseynovun himayəsində 3 azyaşlı övladı var, hazırda heç bir yerdə işləmir. Anaxanım Babayeva isə hazırda "Qafqaz Wood" MMC-də baş mühasib vəzifəsində çalışır, onkoloji xəstəliyi var, bu barədə sənədlər də vəkili vasitəsilə məhkəməyə təqdim edildi. Oğlu Rafiq də Böyük Vətən Müharibəsi iştirakçısıdır. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Murad Məmmədov işə məhkəmə prosesində iştirak etməyib. Ancaq zərərçəkmiş tərəfindən iddia ərizəsi daxil olub. Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədən iddia ərizəsinin müzakirəsinin növbəti prosesə saxlanılmasını xahiş ediblər.
İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.
Onlar barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.
Məhkəmə prosesi 5 avqust tarixinə kimi təxirə salınıb.