Cəlilabad sakini tanışını traktorla vuraraq öldürüb
Dərc olunub:
29-07-2024, 09:27
Cəlilabad sakini ehtiyatsızlıqdan tanışını traktorla vuraraq öldürüb.
Avrasiya.net xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Məlumata görə, sürücülük hüququ olmayan Məhəmməd Həsənov atasına məxsus traktoru irəli hərəkət etdirən zaman texnikaya qoşulmuş otbağlayan qurğunun metal hissəsi tanışı Cavid Vahabova dəyib. C.Vahabov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
