FHN-in əməkdaşı hündürlükdən yıxılaraq öldü
Dərc olunub:
27-07-2024, 19:44
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini 1976-cı il təvəllüdlü Fövzi Manaf oğlu Quluyev hündürlükdən yıxılıb.
Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.
Faktla bağlı araşdırma aparılır.