Sizin Reklam Burada

Azərbaycan mətbuatı qloballaşma prosesinə COP29-la başlayır

Azərbaycan mətbuatı qloballaşma prosesinə COP29-la başlayır22 iyul tarixi Azərbaycan xalqı, ziyalıları, yazarları, qələm əhli və sözünü cəmiyyətə düzgün çatdıra bilən ləyaqətli şəxslərə hörmət günü – 1991-ci ildə imzalanmış Sərəncama əsasən ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günüdür.

Keçən müddət ərzində dərin köklərə malik Azərbaycanın milli mətbuatı müxtəlif dövrləri əhatə edən zəngin və şərəfli inkişaf yolu keçmişdir. Bu il Azərbaycanın milli jurnalistikası yaranma tarixinin 149-cu ildönümünü qeyd edir. Həmin gün – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin ilk anadilli qəzeti “Əkinçi”nin nəşrə başlaması xalqımızın milli oyanış və mədəni tərəqqi tarixinin ən önəmli hadisələrindən biri idi. “Əkinçi”nin 1877-ci ilin sentyabr ayınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, ictimai-siyasi həyatının inkişafında əvəzsiz rolu olub.

Əkinçi qəzetinin əsas missiyası Azərbaycan xalqını maarifləndirmək, yad təsirlərdən qorumaq, xalqın, maraqlarının təmin olunmasında əsas məqamları əhatə etmək idi. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən mətbuatımız milli özünüdərk və müstəqillik məfkurəsinin formalaşmasında böyük xidmətlər göstərib.

Ölkəmizin dövlətçilik, quruculuq tarixində hər zaman maarifçiliyə, görülən işlərə düzgün qiymətin verilməsi, cəmiyyətin məlumatlandırılması fəaliyyətinə, ümumilikdə jurnalistika anlayışına böyük töhfələr olub.
Keçən dövr ərzində Azərbaycan mətbuatı çox böyük, rəngarəng tarix yaşayıb. Baxmayaraq ki, milli mətbuatımız Azərbaycanın müxtəlif dönəmlərində siyasi konfiqurasiyaya uyğun fəaliyyət həyata keçirib, öz məqsəd, məramından, maarifçilik missiyasından bir addım belə yayınmamışdır.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir.” Təsadüfi deyil ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media islahatları nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmışdır. Bununla da, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü.

44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi zamanı Azərbaycan jurnalistlərinin döyüş bölgəsində baş verən hadisələrin həm xalqımıza, həm də dünya ictimaiyyətinə çatdırılması işində nümayiş etdirdikləri əzmkarlıq, Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin informasiya cəbhəsində əldə etdiyi Qələbədə onların rolu ölkəmizin qarşıda duran yeni yanaşmalara daha yaxşı hazırlaşmasını ehtiva edir.
Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməyib.

Bu gün də Azərbaycan mətbuatının qarşısında ölkəmizin davamlı inkişafının təmin olunmasında çox mühüm vəzifə durur. Nəzərə alsaq ki, bu il ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcək, bu mötəbər tədbirin istər təşkilati işlərinin, hazırlıq prosesinin, istərsə də Azərbaycanın dördüncü sənaye inqilabının baş verdiyi əsrdə özünün energetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat siyasətinə transformasiya etməsi işinin dünya ictimaiyyətinə çatdırılmasında milli mətbuatmızın əməli rolu var.

Burada əsas missiya isə, məhz Azərbaycanın maraqlarından çıxış edərək, Azərbaycan xalqının mənafelərinə uyğun yeni çağırışların cəmiyyətə düzgün çatdırılması, eləcə də baş tutacaq qlobal əhəmiyyətli tədbirləri beynəlxalq mətbuata ötürməkdir.
Bu sahədə görülmüş işlər bizə deməyə əsas verir ki, gələcək zamanlarda innovativ tədbirlərin, dərin islahatların keçirilməsi Azərbaycanın media portallarının milli maarifçilik brendinə çevrilərək “BBC”, “CNN”, “TRT”, “TASS”, “Al Jazeera” kimi qabaqçıl xəbər portalları sırasında öz yerlərini almasına şərait yaradacaq, eyni zamanda Azərbaycan mətbuatını bütün dünyada sülhsevər, sülhə çağırış edən, insanların əmin-amanlığını təmin edən mətbuat kimi də tanıdacaqdır.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər