Sizin Reklam Burada

“Şəhid ailələrinə və müharibə veteranlarına mənəvi dəstək” mövzusunda dəyirmi masa keçirildi

“Şəhid ailələrinə və müharibə veteranlarına mənəvi dəstək”  mövzusunda dəyirmi masa keçirildi Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, 19.07.2024-cü il tarixində “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin fəaliyyət planına əsasən, ictimayyət nümayəndələrinin, şəhid aillərinin və müharibə veteranların iştirakı ilə, Dəyirmi Massa yığıncağı təşkil olunaraq şəhid ailələrinin, müharbə əlillərinin tibbi və sosial məsəlləri müzakirə edildi.

Dəyirmi Massa yığıncağı, Azərbaycan Dövlət himmi səsləndirildi və daha sonra, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuşların və Umummıli lider Heydər Əliyevin xatirəsini yad edilərək başladı.

Yığıncağı giriş sözü ilə açan, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin rəhbəri Sərraf Orucov həyata keçirilən layihə haqqında məlumat verərək bildirdi ki, Qarabağda və Vətən müharibəsində Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhadətə ucalmış şəhid ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğulunu şəhid vermiş ailələrimiz vardır. Bu gün bu aillər dövlətimizə və qədir bilən Xalqımza əmanəti qalmışdır.

Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların qayğısı deyil, bütün cəmiyyətin əsas problemi sayılmalıdır. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.

Amma bu gün çox təssüflər olsun ki, 27 sentyabr–8 noyabr 2020-ci il tarixlərində, 44 günlük davam etmiş Vətən müharibəsi zamanı, Azərbaycan Prezidenti və Azərbaycan Silahlı Qüvələrinin Müzzəfər Ali Baş Komandanı kimi, Xalqa etdiyi müraciyyəti zamanı, Əfqanstan və I-ci Qarabağ müharibələrini Fədakar veteranları təcrübəli döyüşçülər kimi könüllü olaraq yenidən ordu sıralarına səfərbər olaraq silaha sarılıb, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə fədakarcasına iştirak etdilər. Qarabağda işğal altinda qalmış torpaqlarımızın azad olunmasında fədakarcasına döyüşərkən sağlamlığlarını itirərək Şanlı Zəfər qələbəsini bizə qazandıran başımızı üca edən müharibə veteranları yerlərdə bəzi “məmurlar” tərəfindən süründürülərək müəyyən sosial-tibbi problemlərlə üzləşirlər.

Dəyərli Şəhid aillərinə və müharibə veteranlarına dəstək məqsi ilə, “ARBƏD”-Fondunun Himayəçilik Şurasının üzvülərinin təşəbbüsləri ilə ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Şəhidlərimizin mövlud və anım məclislərini təşkil edib, şəhid aillərinə və vetranlarımıza mənəvi dəstək verərək onlara həmrəylik nümayiş edirik.

Məclisə qonaq qismində dəvət olunmuş, Rusiyadakı Azərbaycanlıların Federal Milli-mədəni Muxtariyyətinin prezidentinin məsləhətcisi Xaliq Ələskərov çıxış edərək 2020–ci ildə cəmi 44 gün davam etmiş və Zəfər qazamış Vətən müharibəsi dövründə təmsil olunduğu FNCA AzerRos–un və Rusiyada yaşayan azərbaycanlı soydaşlarımızın fədakarcasına həmrəylik nümayiş edərək, Vətən müharibəsinin Şəhid ailərinə, müharibə Qazilərinə göstərdiyləri maddi və mənəvi dəstəkdən danışdı. Xaliq Ələskərov çıxışınında Şəhid aillərinə, müharibə veteranlarına bildirdi ki, “Canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümünəsi kimi, dərin ehtiramla yad ediləcəkdir!”

Məclisdə iştirak edən Şəhid ataları Qələmşah Əhədov, Qudrət Huseynov, İslam Bayramov, Mais Qurbanov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının əməkdaşı Rasim Mirzəyev, Əfqanıstan, Qarabağ müharibəsinin veteranları Teymur Əliyev, İlham Baxşov, Böyükişi Ələskərov, Elşən Məhərəmov, Sarvan Şirinov, Azər Səfərov, Mayis Əliyev və başqa müharibə veteranları çıxış edərək, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun həyata keçirərdiyi, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin nümunə göstərərək, həmrəylik nümayiş edərək, hökümət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə, şəhidlərimizin mövlud və anım məclislərinin birgə keçiriməsini yüksək qiymətləndirdilər.

Vətən Müharibəsi Veteranlar ictimai birliyinin Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə çıxış edərək həyata keçirərilən “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsi çəçivəsində keşirilmiş tədbirləri təqirə layiq hesab edərək müsbət qiymətləndirdi. Fəqan Nəsibzadə çıxışının sonunda bildirdi ki, Səbail Vətən Müharibəsi Veteranları şöbəsi Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun həvəslə icra etdiyi layihəyə yaxından köməklik göstərir və bundan sonrada öz imkanları daxilində əlindən gələnköməkliyi əsirgəməyəcəkdir.

Daha sonra “Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək İctimai birliyinin sədri Məcid Məmmədov çıxış edərək bildirdi ki, təmsil etdiyi birlik, yarandığı hündən bayram günlərində Şəhid aillərinə, Qazilərə və Veteranların aillərinə baş çəkərək onlara maddi və mənəvi dəstək verərək onların xidmətindəyik və bu xeyrxaq missiya ilə başladığımız xidmətlərimizi bundan sonrada davam etdirəcəyik.

Şıxış edənlər öz çıxışlarının sonunda, Şəhid aillərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab Müzzəfər Ali Baş Komandan İlham Əliyevə və həmçinin Azərbaycanda Şəhid aillərinə mənəvi dəstək və diqqət-qayğı verərək nümunə kimi həyata keçirilən “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin icrasına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “ARBƏD”-Fondunun kolektivinə öz minnətdarlıqlarını bildirilər.

Daha sonra şəhid mayor İlkin Əhədzadənin atası nümunəvi Şəhid atası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiyyəsi uğrunda döyüşərək canını qurban verib Şəhidlik zirvəsinə ucalmış qəhrəman övlad yetişdirdiyinə görə “FƏXRİ FƏRMAN”- la təltif edildı və şəhid atası kimi, “ARBƏD”-Fondunun Fəxri üzvü adına layiq görüldü.

Məclisdə həmçinin FNCA AzerRos–un prezidentinin məsləhətcisi Xaliq Ələskərov və bir qrup müharibə veteranlarına və ictimaiyyət nümayəndələri, Azərbaycan Respublikasının Dövlət siyasətinin həyata keçirilməsində, Gənclərin hərbi-vətənpərvərlik ruhunun aşılaması istiqamətində etdiyi xidmətlərinə və Şəhid aillərinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət- qayğıya görə “FƏXRİ-FƏRMAN”- la və medallarla təltif edildilər.

Daha sonra, layihənin həkim psixoloqu Türkan İsrafilova çıxış edərək şəhidin ailəsinə və müharibə Qaziləri maraqlandıran tibbi–psixoloji fəsadlardan, şəhid aillərində, müharibə qazilərində yaranşış psixoloji xəstəliklərin yaranması səbəblərindən və onun qarşısının alınması haqqında ətraflı məlumat verildi.

Tədbirin sonunda, Şəhid ailələrinin, müharibə əlillərinin, veteranların müraciətlərini və xahişlərini nəzərə alaraq, Dəyirmi Massa yığıncağının iştirakçıları adından, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikası Müdafiə Nazirinə, Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarların ən aktual tibbi-reabilitasiya və sosial problemlərinin həll olunması üçün Müdafiyyə Nazirliyinin tabeliyində Tibbi Reabilitasiya Mərkəzinin yaradlması üçün təklliflər hazlanaraq göndərilməsi qərara alındı.

“Zəfər Yolu” müharibə iştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək İctimai birliyin sədri, şairə Pərvanə Salman qızı Şəhidlərə və Zəfər qələbəsinə həsir edərək yazdığı şeyirləri səsləndirdi və daha sonra məclis iştirakçıları Şəhid ailləri və müharibə Qaziləri ilə xatirə şəkilləri çəkildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər