Burada Sizin reklam ola bilər!

Qulinin əsas adamlarından olan Kürd Amo öldürüldü

Qulinin əsas adamlarından olan Kürd Amo öldürüldüKriminal aləmdə “Kürd Amo” kimi tanınan Əhməd Ərəbov öldürülüb.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Goranboy ərazisində baş verib.

Kürd Amo qanuni oğru Lotu Qulinin əsas tərəfdarlarından biri kimi tanınırdı. Son illərdə həyatına təhlükə olduğundan Bakıdan uzaqlarda yaşadığı bildirilir. Buna görə də hadisənin kriminal qruplaşmalar arasındakı düşmənçiliklə əlaqəli olduğu ehtimal olunur.

İddilara görə, Kürd Amo uzaq qohumu tərəfindən öldürülüb. Belə ki, onun hadisədən bir gün əvvəl Tarzan Salmanov adlı şəxslə əkin sahəsində mübahisələri olub. Ayın 16-da Kürd Amo mübahisəni davam etdirmək üçün idarə etdiyi avtomobillə rayonun Veyisli kəndi ərazisində onun qarşısını kəsib. Avtomobildən düşərək ona tərəf irəlilədiyini görən T.Salmanov idarə etdiyi “Ford” markalı avtomobilini Kürd Amonun üzərinə sürərək, üstündən keçib. Əhməd Ərəbov yerindəcə vəfat edib. Tarzan Salamov isə hadisə yeindən qaçsa da, bir neçə saat sonra saxlanılıb.

Qeyd edək ki, Kürd Amo 2021-ci ildə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi ilə 2 il müddətinə həbs olunub. O, daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşayıb.

Kürd Amonun mərhum Lotu Qulinin yaxın ətrafında olan kriminal avtoritetlərdən biri olduğu deyilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər