Sizin Reklam Burada

Yurd həsrətli Hüseyn Seydəliyev

Yurd həsrətli Hüseyn SeydəliyevÖtən il Qərbi Azərbaycan layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə kəndindən Bərdə rayonun İmirli kəndinə köçmüş əhalinin həyat hekayələrini toplayarkən sinif yoldaşım Teymur Seydəliyev atası Hüseyin kişinin hekayəsini qeydə almağı xahiş etdim. Qısa müddətdən sonra Teymur atası Hüseyn dayının səs yazılarını yolladı. Mən səs yazılarını dinləyib yazıya köçürdüm və bəzi dəqiqləşmələr apardım.

Sonra İmirlidə Aydın Məmmədovun həyətində “Dərələyəz Folklor və etnoqrafiqk” sərgidə Hüseyn dayı ilə göürşdük. Uzun illər görmədiyim üçün tanımamışdım. Sayğıda qüsur etməyəcəyimi bildiyi üçün üzünü mənə tutub “Səməd deyəsən məni tanımadın?” üzr istəyərək tanımadığımı etiraf etdim. Sonra Hüseyn dayı olduğunu dedi mən yenidən üzürlü saymasını rica etdim. “Qərbi Azərbaycandan Deportasiya: İmirlidə məskunlaşma” adlı kitabda onun şəxsi hekayəsini yazdığım üçün təşəkkür etdi. Mən Teymurla sinif yoldaşı olduğum üçün uşaq vaxtı Hüseyn dayının evində çox olmuşam və həmişə özümə qarşı qayğı hiss etmişəm. Təəssüf ki, Qərbi Azərbaycan konqres festivalında iştirak etmək üçün Naxçıvanda olarkən 20 iyun 2024-cü il tarixində Hüseyn dayının rəhmətə getdiyini eşitdim.

H.Seydəliyev sadə bir zəhmət adamı idi ancaq onun həyat hekayəsi ictimai məzmun daşıyırdı. O, Qərbi Azərbaycanın ən zəngin torpağı olan Dərələyəz mahalının Çivə kəndindən deportasiya edilərək cox acınacaqlı bir həyat yaşamışdır. Onun ən böyük arzusu uşaqlıq xatirələrinin ünvanı olan Çivə kəndini görmək idi. Lakin qismət olmadı daha bir həmvətənimiz yurd həsrəti ilə dünyadan köçdü. Ruhu şad olsun! Ailəsinin başı sağ olsun! Gəlin mərhum Hüseyn Seydəliyevin həyat hekayəsini öz dilində oxuyaq.

Seydəliyev Hüseyn Həsən oğlu: “1938-ci ildə Çivə kəndinda anadan olmuşam. 13 yaşıma kimi orada yaşamışam və birinci sinifə orada getmişəm.1951-ci il noyabr ayının 24-də hökumət bizi köçürüb Bərdə rayonunun Əmirli kəndinə. Bizim kəndin camaatını yığdılar maşınlara apardılar Noraşen rayonunun dəmir vağzalina. Bir həftə orada qaldıq.Bir həftə sonra bizi yığdılar yük vaqonlarına. Altı ailəni bir vaqona yerləşdirdilər. Biz bir həftəyə Azərbaycana gəlib çata bildik. Bir həftədən sonra Ələt stansiyasından bizi göndərdilər Yevlaxa tərəf. Camaatı gətirdilər dəmir yol vağzalında boşaltdılar yerə. Bizi orada yığdılar maşınlara. Bərdə rayonunun bütün kəndlərinə yaydılar. Bizdə İmirli kəndinin yaxınlığında Telman kolxozu varıydı ora gəldik. Daha sonra başladıq özümüzə daxal qazıb düzəltməyə. Yaza kimi gəlib məskunlaşdıq İmirli kəndində. Camaat başladı kolxozda işləməyə. Palçıqdan tövlələr tikməyə başladıq, mal-qara saxladıq. Öküzlə yer şumlayıb, əkin əkirdik. Sonra yay gəldi yayın istisinə insanlar dözə bilmədi qızdırma xəstəliyinə düşdü. Bakının həkimləri bizə köməyə gəldilər. Qızdırma əlehinə nə lazımdısa etdilər. Ona baxmayaraq yenə də xəstəlikdən ölənlər oldu.

Biz Çivə kəndindən köçəndə orada 30 ailə erməni varıydı. Ermənilər kəndə yiyələndilər. Mən orda anadan olandan dünyada bir nəfər müsəlman dilənçi görmədim. Gözümü açandan ermənilərin dilənçilərini görmüşəm. İndi ermənilər orada ağa, bəy kimi dolanırlar. Bizim özümüzün Çivə kəndində böyük meyvə bağlarımız, əkin yerlərimiz varıydı. Onların hamısı ermənilərə qaldı. Biz üç qardaş, üç bacı olmuşuq. Böyük qardaşım ikinci dünya müharibəsində iştirak eliyib. 1943-cü ilin fevral ayında son dəfə məktub göndərib bizə ondan sonra heç bir xəbər ala bilməmişik qardaşımdan. Mənim ən böyük arzum odur ki, bizi öz doğma torpaqlarımıza yenidən geri qaytaralar” (S.Vəkilov “Qərbi Azərbaycandan Deportasiya: İmirlidə məskunlaşma” səh.205).

Səməd Vəkilov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər