"Stimul Hospital"da ölüm
Dərc olunub:
10-07-2024, 12:59
Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.
Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, hadisə “Stimul Hospital”da qeydə alınıb. Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.
A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.
Baş vermiş ölüm faktı prokurorluq tərəfindən araşdırılır.
Qeyd edək ki, "Stimul Hospital" Bəxtiyar adlı iş adamına məxsusdur.
Son xəbərlər
