Səməd Vəkilov Çalxanqala kəndində Qərbi Azərbaycanlılarla görüşüb - FOTO
Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir.
Avrasiya.net xəbər verir ki, Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri araşdırmaçı-hüquqşünas Səməd Vəkilov layihə çərçivəsində Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Kəngərli rayonun Çalxanqala kəndinə köçmüş əhali ilə bağlı araşdırma aparmaq üçün Çalxanqala kəndində əhali ilə görüş keçirmişdir. Görüş barədə məlumat verən S.Vəkilov bildirib ki, görüşün məqsədi Qərbi Azərbaycandan öz doğma yurd-yuvalarında min bir məşəqqətlə köçmüş əhalinin şəxsi hekayələrini toplamaqdır.
Qeyd edək ki, Çalxanqala kəndi Kəngərli rayonu eyniadlı inzibati ərazi vahidində yerləşir. Kənd Cəhri çayının sağ sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. XIX əsrdə gəlmə ermənilər orada yerləşdirildikdən sonra 1990-cı ilədək Əznəbirt (türkcə "yüksək qala") adlandırılmışdı. 1990-cı ildən kənd yaxınlığındakı tunc dövrünə aid iri qaya daşlarından tikilmiş Çalxanqala adlı qalanın adı ilə adlandırılmışdır.
S.Vəkilovun sözlərinə görə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, doxsanıncı illərin əvvələrindən Çalxanqala kəndinə Qərbi Azərbaycanın müxtəlif bölgələrindən köçən əhalinin say tərkibi aşağıdakı kimidir.
Dərələyəz mahalı
Gomur 98 ailə 346 nəfər
Gabud 48 ailə 154 nəfər
Axta 3 ailə 19 nəfər
Zeytə 57 ailə 250 məfər
Gülüstan 66 ailə 240 nəfər
Kotanlı 3 ailə 11 nəfər
Amağu 72 ailə 267 nəfər
Gədikvəngi 48 ailə 171 nəfər
Ələyəz 10 ailə 37 nəfər
Qovşuq 3 ailə 10 nəfər
Ağkənd 21 ailə 87 nəfər
Hors 2 ailə 7 nəfər
Qaraqaya 8 ailə 29 nəfər
Qabaxlı 5 ailə 16 nəfər
Çivə 9 ailə 29 nəfər
VEDİBASAR
Şidli 19 ailə 62 nəfər
Armaş 18 ailə 81 nəfər
Dəvəli 35 ailə 145 nəfər
QARKİLSƏ
Murxuz 3 ailə 8 nəfər
KƏVƏR 2 ailə 4 nəfər
S.Vəkilov sözlərinə görə artıq Çalxanqala kəndində formlaşmış infrastruktur mövcuddur. Kəndə icra nümayəndəliyi, tam orta məktəb, rabitə evi, kənd mərkəzi, xəstəxana , mədəniyyət kulubu, sahibkarlıq subyektləri eyni zamanda 1 sentyabr 1993-cü tarixindən musiqi məktəbi fəaliyyət göstərir. Musiqi məktəbinin nəzdində “Dərələyəz xalq çalğı alətləri ansanbılı ”, “Göyçə saz çalanlar ansanbılı” “Yallı qrupu” “Nağara çalanlar ansanbılı” mövcuddur. Musiqi məktəbinə 2022-ci ildən Yusifova Zeynəb Vəzir qızı rəhbərlik edir.
Qeyd edək ki, görüşdə layihə iştirakçıları və Qərbi Azərbaycan İcmasının Kəngərli üzrə nümayəndəsi Ələsgər Haqverdiyev və Keşkənd rayonu Çivə icmasının rəhbəri Möhübbət Səmədoğlu da iştirak ediblər.
Xatırladaq ki, layihə çərçivəsində Qərbi Azərbaycandan Çalxanqala kəndinə köçən əhali ilə bağlı kitab nəşr ediləcək.Odur ki, Çalxanqala sakinlərindən xahiş olunur ki, öz şəxsi hekayələrini və bioqrafiq məlumatlarını layihə rəhbəri S.Vəkilovun elektron poçtuna (svekilov@yahoo.com) göndərsinlər.