Sizin Reklam Burada

QHT nümünə göstərərək daha bir şəhidimiz Elvin Bayramovun mövlud məclisini keçirib - Fotolar

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, 08.07.2024-cü il tarixində “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin fəaliyyət planına əsasən, höhümət, ictimayyət
şəhid aillərinin və müharibə veteranların iştirakı ilə, Vətən müharibəsinin şəhidi Bayramov Elvin İslam oğlunun mövlud günü ilə əlaqədar olaraq məclis təşkil olunaraq şəhidin ailəsinə mənəvi dəstək verildi.

İlk öncə, şəhid Elvin Bayramovun Biləcəri qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət edilərək, onun adına yasin oxundu və ruhuna dualar edilərək, şəhidin anası Dürrə Bayramovaya, şəhidin atası İslam Bayramova və ziyarətdə iştirak edən 13 şəhid ailələrinə böyük ehtiramla
baş sağlığı verərilərək onlara səbir diləndi.

Daha sonra Elvin Bayramovun Biləcəri qəsəbəsində böyüyüb boya-başa çatdığı ocağda, şəhidimizin mövlud günü ilə əlaqədar olaraq ictimayyət şəhid aillərinin, müharibə veteranların və qonşuların iştirakı ilə, Məclis təşkil edilərək ailəyə mənəvi dəstək verildi.
QHT nümünə göstərərək daha bir şəhidimiz Elvin Bayramovun mövlud məclisini keçirib - Fotolar
Məclis, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuşların və Umummıli lider Heydər Əliyevin xatirəsini yad edildikdən sonra, Azərbaycan Dövlət himmi illə başladı.

“ARBƏD”- Fondunun prezidenti, Əfqanstan və Qarabağ müharibəsinin veteranı, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin rəhbəri Sərraf Orucov həyata keçirilən layihə haqqında məlumat verərək bildirdi ki, Qarabağda və Vətən müharibəsində Azərbaycan Respublikasının dövlət suverenliyi,
ərazi bütövlüyü uğrunda döyüşərək şəhadətə ucalmış şəhid ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğulunu şəhid vermiş ailələrimiz vardır. Belə aillərimizdən biridə, Elvin Bayramovun ailəsidir. Çünki ki, Elvin Bayramov ailənin yeganə oğul evladı idi, Elvin Bayramov 26 oktyabr 2020-ci il, Azərbaycan Silahlı Qüvəllərinin tərkibində Cəsur döyüşçü kimi, Azərbaycan Respublikasının torpaqlarının ərazi bütövlüyünün bərpası uğrunda başlanımış və cəmi 44 gün davam etmiş Vətən müharibəsində Füzuli rayonlarının azad olunmasında qəhramancasına döyüşərək canını qurban verərək Şəhidlik zirvəsinə ucalmışdır.

Elvin Bayramov Füzuli rayonunun azad olunmasında göstərdiyi igidliklərə görə “Vətənə Uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Füzuli azad olunmasına ” medallarına təltif olunmuşdur. Bu gün onun yaşlı atası və anası qədir bilən Xalqımza əmanəti qalmışdır.

Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların qayğısı deyil, bütün cəmiyyətin əsas problemi sayılmalıdır. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.

Bu məqsədlədə, “ARBƏD”-Fondunun Himayəçilik Şurasının üzvülərinin təşəbbüsləri ilə ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Şəhidlərimizin mövlud və anım məclislərini təşkil edib, şəhid aillərinə mənəvi dəstək verərək onlara həmrəylik nümayiş edirik.

“ARBƏD”- Fondunun 1-ci vitse-prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin, Qarabağ müharibəsinin veteranı, Azərbaycan bayrağı ordeninə təltif olunmuş ehtiyatda olan polkovnik Hikmət Ağayev, “ARBƏD”- Fondunun Binəqədi rayon şöbəsinin sədri, Hacı Teymur Əliyev, Qaradağ rayon şöbəsinin sədri, Əfqanıstan, Qarabağ müharibəsinin veteranı ehtiyatda olan polkovnik–leytenat İlham Baxşov, ABƏDF Zəngilan rayon şöbəsinin sədri, Əfqanıstan, Qarabağ müharibəsinin veteranı ehtiyatda olan mayor Ənvər Qarayev, Əfqanıstan, Qarabağ müharibəsinin veteranı ehtiyatda olan polkovnik Rasim İskəndərli çxış edərək şəhidin ailəsinə və məclisdə iştirak edən şəhid aillərinə bildirdilər ki, “Canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümünəsi kimi, dərin ehtiramla yad ediləcəkdir!”

Çıxış edənlər öz çıxışlarınında, şəhidlərimizin mövlud və anım məclislərini şəhid Elvin Bayramovun Mövlud-Məclisini nümunə göstərərək, həmrəylik nümayiş edib şəhidin ailə üzvüləri, hökümət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə birgə keşiriməsini tədqirə layiq hesab etdilər.

Şəhid Elvin Bayramovun atası İslam Bayramov, şəhidin anası Dürrə Bayramova və məclisdə iştirak edən şəhid ailləri, müharibə veteranları çıxış edərək, Şəhid aillərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və həmçinin Azərbaycanda Şəhid aillərinə mənəvi dəstək və diqqət-qayğı verərək nümunə kimi həyata keçirilən “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin icrasına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “ARBƏD”- Fondunun kolektivinə öz minnətdarlıqlarını bildirilər.

Daha sonra şəhid Cavidan İbrahimlinin anası Bayramova Dürrə Şəmistan qızı nümunəvi Şəhid anası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiyyəsi uğrunda döyüşərək canını qurban verib. Şəhidlik zirvəsinə ucalmış qəhrəman övlad yetişdirdiyinə görə rəmzi Azərbaycan bayrağı hədiyyə edilərək, “XEYİRXAQ VƏ MƏRHƏMƏTƏ GÖRƏ”- medalı ilə və “FƏXRİ FƏRMAN”- la təltif edildı.

Şəhid Elvin Bayramovun atası İslam Bayramov şəhid atası kimi, “ARBƏD”-Fondunun Fəxri üzvü adına layiq görüldü.

Daha sonra, layihənin hüquqşunastı, Qarabağ müharibəsinin veteranı Mobil Vəkiloğlu və layihənin həkim psixoloqu Türkan İsrafilova tərəfindən şəhidin ailəsinə və müharibə veteranlarını maraqlandırlan tibbi–sosial mələllər haqqında çıxış edərək ətraflı məlumat verildi.

Məclisin sonunda Şəhidlərimizin xatirələrini yad etmək məqsədi ilə, Əhli-Beyit (Ə) Şairi Yadigar Cəfərov şəhid Elvin Bayramovun adına yazdığı şeyiri və şəhidlərimizə həsr olunmuş şeyirlər səsləndirdi. Məclisdə məclis iştirakçılarına şəhid Elvin Bayramovun mövlud esanı verildi ev onun muzeyi ziyarət
edilərək xatirə şəkilləri çəkildi.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər