Sizin Reklam Burada

Qadını şikəst qoyan həkim: DTX kimdir ki?

Qadını şikəst qoyan həkim: DTX kimdir ki?Sumqayıt şəhər Liman klinikasının həkimi Əfqan Ağagülov burnunda polip olduğu üçün tibbi sığorta ilə əməliyyat edilən xəstə Nuridə İsmayıl qızı Zülfüqarovanın gözünün alt sümüyünü qıraraq, onun gözündə ciddi problemin yaranmasına səbəb olub.

Bu barədə Axar.az-a şikayətində zərərçəkənin qızı Ramilə Məmmədova deyib.

O bildirib ki, anası burnunda polip problemi ilə əlaqədar mayın 29-u klinikanın həkimi Əfqan Ağagülov tərəfindən əməliyyat edilib:

“Əməliyyatdan sonra anamın sol gözünün bağlı olduğunu görəndə həkimdən bunun səbəbini soruşduq. O isə bu proseduru anamın gözündə çəplik yaranmasının qarşısını almaq üçün həyata keçirdiyini bildirdi. Bir qədər gözləmək məcburiyyətində qaldıq. Sarğı açılanda isə dəhşətə gəldik. Anamın gözü çəpləşmişdi”.

Anasının həm də ikinci qrup əlili olduğunu deyən şikayətçi həkimin səbəb olduğu hadisəyə etinadsız yanaşdığını, onları təhqir etdiyini bildirib:

“Buna görə ona irad bildirdik. Bizi günahkar çıxardı, “Siz məndən soruşmusunuz ki, anamın gözünə nəsə ola bilər? Soruşsanız, deyərdim”, - dedi. Bundan sonra isə təhqir eləməyə başladı. Deyirik ki, DTX Hospitalına göndərmişik nəticəni, deyir, DTX kimdir? Əlimizdə faktlar, sübutlar var. Bizə maddi və mənəvi zərər vurub, həyatımızı qaraldıb”.

O, həkimin məsuliyyətsizliyinin qurbanı olan anasının vəziyyətinin daha da çətin olacağını bildirib:

“Həkim əməliyyat zamanı gözünün alt sümüyünü 4 millimetr qırdığı üçün anamın gözü çökəkliyə düşüb. Buna görə də adi çəpgözlük əməliyyatı alınmır. Əvvəlcə üz-çənə cərrahı gözünün altının sümüyünü əməliyyat etməli, 6 ay sonra da çəpgözlük əməliyyatına girməlidir. Hara, kimə deyiriksə, qəribə cavablar verirlər. “Liman” klinikasının direktoru deyir ki, biz ancaq töhmət yaza bilərik. Həkim isə anamın tibbi sığorta ilə əməliyyat edildiyini əsas gətirərək, “mənə pul vermişdiniz ki, xəstəni əməliyyat edim?” - deyə bizi ittiham edir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər