Sizin Reklam Burada

Zakir Sultanov vaxtından əvvəl azadığa buraxıldı

Zakir Sultanov vaxtından əvvəl azadığa buraxıldıMədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi Zakir Sultanov vaxtından əvvəl azadığa buraxılıb.

Bu barədə bu gün Bakı şəhəri Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. O, cəzasının cəkilməmiş hissəsindən (1 il 5 ay) azad olunub.

Bildirilib ki, qərar qəbul olunarkən Z. Sultanovun dəymiş ziyanı tam ödəməsi, cəzasnın çox hissəsinin çəkməsi, islah olunması və Cəzaçəkmə Müəssisəsinin müsbət rəyi əsas götürülüb..

Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmişdi.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən onun dəyən ziyanı ödəməsi nəzərə alınmış, cəza müddəti 5 il 6 aya endirilmişdi.(APA)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər