Sizin Reklam Burada

Yavər Fərzəliyevin parlaq xatirəsinə

Yavər Fərzəliyevin parlaq xatirəsinəYavər Xəlil oğlu Fərzəliyevin ölümündən artıq 40 gün keçir.

Yavər Fərzəliyevin ölümü Azərbaycan ictimaiyyəti üçün ağır itkidir. O, 15 may 1949-cu ildə Şərur rayonun Oğlanqala kəndində doğulub. Orta məktəbi Oğlanqala kəndində bitirdikdən 1962-ci il tarixindən Bakıda məskunlaşıb.

Nəqliyyat Nazirliyi nəzdində texniki peşə məktəbi bitirib. Səksəninci illərin sonunda Azərbaycanda başlayan Milli Azadlıq hərakatının fəal üzvülərindən olub. Milli Azadlıq Hərakatının lİderi Əbülfəz Elçibəyin yaxın silahdaşı olub. Hərakat üzvüləri arasında Koroğlu ləqəbi ilə tanınıb.

I Qarabağ savaşının iştirakçısı olub cəbhə bölgəsinə silah sursat və ərzaq daşınmasında xüsusi xidmətləri olub. 20 Yanvar hadisələri zamanı şəhid olması xəbəri yayılıb hətta yas çadırıda qurulub, lakin Yavər Fərzəliyev sağ-salamt öz evinə dönüb.

Y.Fərzəliyev ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin tərəfdarlarından olub. H.Əliyevin göstərişi ilə 20 yanvar zərəçəkmişi kimi müəyyən imtiyazları tanınıb.

Yavər Fərzəliyev uzun illər yaxın qohumu görkəmli dilçi alim professor Yusif Seyidovun ailəsi ilə yaxın münasibətdə olub. Y.Seyidov ona öz oğlu qədər hörmət bəsləyib.

Yavər Fərzəliyev onu tanıyan insanların yaddaşında mərd, cəsur sözü üzə deyən millət sevər bir şəxsiyyət kimi qalıb.

Yavər Fərzəliyevin ölümü ilə əlaqədar həyat yöldaşı Məsmə xanıma və övladları Səadət və Lamiyə xanıma başsağlığı veririk.

Səməd Vəkilov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər