Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb
Dərc olunub:
25-06-2024, 17:29
Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb.
Avrasiya.net xəbər verir ki, hadisə Biləsuvar şəhəri, Molla Pənah Vaqif küçəsində yerləşən evlərdən birinin həyətində qeydə alınıb.
Rayon sakini 2003-cü il təvəllüdlü Ümüd Arif oğlu Bayramovun meyiti yaşadıqları evin həyətindəki ağacdan asılı vəziyyətdə tapılıb. 21 yaşlı oğlanın intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.