Dövlətinə layiq milli ordu
Prezident İlham Əliyev: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır”
Hazırda müstəqil Azərbaycan dövlətinin ona layiq milli ordusu var. Bu ordu dövlətimizin müstəqilliyini qorumağa qadir olduğunu Vətən müharibəsində göstərdi. Bu gün hər bir azərbaycanlı güclü ordumuzun olmasından iftixar hissi keçirir və qürurla 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qeyd edir. Bu ordunun təməlinin möhkəmləndirilməsi işi Ulu Öndər Heydər Əliyev tərəfindən aparılmışdır. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra formalaşmamış ordu müharibəyə atılmalı oldu. O dövrdə ordu bir çox problemlərlə üzləşdi. Vahid komandanın olmaması ilə yanaşı, komandir və döyüş sursatı çatışmamazlığı da var idi. Müstəqilliyin ilk illərində Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Həmin dövrdən sonra ordunun əsas inkişaf mərhələsi başladı. Hərbi hissələrdə yenilənmələr başladı. Əvvəlki dövrdən fərqli olaraq milli orduda bir sıra irəliləyiş baş verdi. Bütün bunlar torpaqlarımızın azad olunmasına ümdiləri daha da artırırdı. Ulu Öndər Heydər Əliyev Ordu haqqında demişdir: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq”. Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Azərbaycan ordusu döyüşə hazır vəziyyətdə saxlanılmışdır. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanın əmiri ilə döyüşə qatılan ordumuz 44 gün ərzində Ermənistan ordusnun məhv etdi. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.
Azərbaycan ordusu istər şəxsi heyətin döyüş hazırlığı, istərsə də maddi-texniki təchizata görə bu gün regionun ən güclü ordusudur. Prezident İlham Əliyevin dediyi kimi bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”. Ermənistan ordusu Azərbaycan ordusu ilə heç zaman ayaqlaşa bilməz. Bu, Azərbaycanın hazırkı reallığıdır. Bu gün Ermənistan ordusu şəxsi heyətini tam formalaşdıra bilməyib. Hər il yüzlərlə erməni aliləsi Ermənistanı tərk edir ki, övladları orduda xidmət etməsin. Bu müharibənin onların xeyrinə olmadığını həm dövlət, həm də xalq bilirdi. Hesab edirik ki, yer üzündən elə bir xalq yoxdur ki, müharibə istəsin. Təbii ki, bu, Ermənistan dövlətinin apardığı işğalçılıq siyasətinin nəticəsində baş verdi. Bu gün də Ermənistana kənar müdaxilələr olur. Sülüh müqaviləsinin izalanması Azərbaycanla Ermənistanın öhdəsinə qalsa, məsələ çoxdan həll olunardı. Azərbaycan Qarabağı işğaldan azad edib. Bundan sonra bütün hallarda sülhün əldə olunması vacibdir. Əks halda Azərbaycan ordusu, hətta qədim torpaqlarını da azad edə bilər.
Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent