Sizin Reklam Burada

Atası danışdı: Gəncə niyə ayaq öpdürülüb? - Video

Atası danışdı: Gəncə niyə ayaq öpdürülüb? - VideoGədəbəydə 26 yaşlı gəncə qarşı alçaldıcı hərəkətlər edilməsinin detalları məlum olub.

Avrasiya.net Baku TV-yə istinadən xəbər verir ki, Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təkin Əliyev və Cəbrayıl Hüseynovla birləşərək həmkəndliləri Nicat Kazımovu döyüblər.

Zərərçəkənin atası Vidadi Kazımov bildirib ki, ona zəng edərək oğlunu döydüklərini və boğazında kəndir izinin olduğunu bildiriblər: "Onu yazdığı mesaja görə döyüblər".

İddialara görə, hadisəyə səbəb Nicat Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub. Belə ki, hətta Nicat Kazimov onun həyat yoldaşına sevgi mesajı yazıb. Bundan sonra həmkəndlilər onu cəzalandırmaq qərarına gəliblər.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən Səddam Əliyev, Təkin Əliyev və Cəbrayıl Hüseynov saxlanılıblar. Onların barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər